EN

“Kapital Bank”ın üzrxahlıq əvəzinə verdiyi cavab gülüş doğurdu – Foto

Azərbaycan İnternet Formunun prezidenti Osman Gündüz 28 yanvar tarixində “Kapital Bank”ın “Birbank” tətbiqində 7 saatdan çox yaranmış problemlə bağlı bankın bütün istifadəçilərdən üzrxahlıq etməli olduğunu, problemin nədən qaynaqlandığı ilə bağlı açıqlama verməli olduğunu bildirmişdi.

Tribunainfo.az xəbər verir ki, “Kapital Bank” O.Gündüzün bununla bağlı Feysbukda yazdığı statusu cavabsız qoymayıb. Maraqlısı budur ki, sözügedən bank bu cavabında da istifadəçilərdən üzr istəməyib.

“Kapital Bank”ın O.Gündüzə yazdığı cavabı təqdim edirik:

“Salam, Hörmətli Osman Günduz.

Sizin rahatlığınız və bankımıza olan güvəniniz bizim üçün önəmlidir. Ötən günlərdə Birbank tətbiqində yaranan müvəqqəti texniki çətinliyə görə bir çox müştərimizin narahatlıq yaşadığını anlayırıq. Rəsmi kanallarımız üzərindən də bu mövzuya toxunmuşuq və müştərilərimizə vəziyyətlə bağlı məlumat vermişik.

Bizim üçün ən vacib məsələ müştərilərimizin etibarını qorumaq və xidmətlərimizi fasiləsiz təqdim etməkdir. Məhz buna görə də, yaranmış vəziyyəti detallı şəkildə araşdırıb, gələcəkdə belə halların təkrarlanmaması üçün sistemlərimizi daha da gücləndirmək istiqamətində addımlar atırıq.

Əgər bu hadisə Sizin hər hansı bir maliyyə əməliyyatınıza təsir edibsə, konkret vəziyyətinizlə bağlı bizə Birbank tətbiqinin çat bölməsindən müraciət edə bilərsiniz. Biz də öz tərəfimizdən maksimum dəstək göstərməyə hazırıq. Biz Sizin dəyərli fikirlərinizi hər zaman nəzərə alırıq və xidmətimizi daha da yaxşılaşdırmaq üçün çalışırıq”.

Nigar

Chosen
2
11
tribunainfo.az

10Sources