EN

Deputat: Böyük erməni diasporlarından biri də Fransada yerləşir

Bakı, 31 yanvar, AZƏRTAC

Fransa keçmiş Ermənistan-Azərbaycan münaqişəsinə vaxtilə vasitəçi kimi cəlb olunmuşdu. Əfsuslar olsun ki, müharibəsiz sülh təşəbbüsləri 26 il davam etdi.

AZƏRTAC xəbər verir ki, bu sözləri Beynəlxalq Münasibətlərin Təhlili Mərkəzinin İdarə Heyətinin üzvü, Milli Məclisin deputatı Gülşən Paşayeva "Fransa və Ermənistan-Azərbaycan münaqişəsi” mövzusunda keçirilən beynəlxalq konfransın panel müzakirəsində söyləyib.

O bildirib ki, böyük erməni diasporlarından biri də Fransada yerləşir. Onların sayı 600 min nəfərdir. Orada erməniyönümlü bir sıra qurumlar, komitələr mövcuddur ki, bunun da əlaqələrə təsiri tarixi baxımdan dəyərləndirilməlidir.

Chosen
4
50
azertag.az

10Sources