EN

AFFA 4 oyunçunu futbolsuz qoydu

Danışılmış oyunlarda iştirak etdiklərinə görə AFFA İntizam Komitəsi 4 futbolçunu cəzalandırıb.

Misli Premyer Liqasında sonuncu klubu “Şamaxı” olan Adil Nağıyev, eləcə də I Liqa təmsilçisi “Mingəçevir”də çıxış edən Xəyal Xudaverdiyev, Mövlan Kərimov və Muxtar Nəzərli ömürlük futboldan uzaqlaşdırılıblar. Onlar bu idman növü ilə əlaqədar hər hansı fəaliyyətlə məşğul olmaq hüququndan məhrum ediliblər.

Qərar AFFA İntizam Komitəsinin son iclasında qəbul olunub. 

L.QURBANOVA  
XQ

 

Chosen
16
2
xalqqazeti.az

10Sources