EN

Ötən ili Azərbaycan bankları kreditlərdən 3,1milyard manat faiz gəliri - ƏLDƏ EDİB

2025-ci ilin yanvarın 1-nə Azərbaycan banklarının kreditlər üzrə faiz gəlirləri 3 milyard 105,9 milyon manat olub.

FED.az bu barədə Mərkəzi Bankın hesabatına istinadən xəbər verir.

Həmin göstərici dekabrın 1-nə olan dövr ilə müqayisədə 298,2 milyon manat və ya 10,6%, ötən ilin müvafiq dövrü ilə müqayisədə 532 milyon manat və ya 20,7% çoxdur.

2024-cü ilin yanvarın 1-nə Azərbaycan banklarının kreditlər üzrə  faiz gəlirləri 2 milyard 573,8 milyon manat olub.

2024-cü ilin 1 dekabr vəziyyətinə bu göstərici 2 milyard 807,7 milyon manat təşkil edib.

Chosen
7
5
fed.az

10Sources