Bakı şəhərində taksi fəaliyyəti göstərən avtomobillərin rəngləri əsasən ağ və qırmızıdan ibarət olacaq.
Publika.az-ın Pravda.az-a istinadən xəbərinə görə, bununla bağlı Azərbaycan Yerüstü Nəqliyyat Agentliyi tərəfindən layihə hazırlandığı bildirilir.
Qeyd olunub ki, taksi parkları mərhələli şəkildə yenilənəcək, ili köhnə, istismara yararsız avtomobillər taksi fəaliyyəti göstərə bilməyəcək.