Yazını böyüt
Yazını kiçilt
Azərbaycan millisinin U-19 komandası Belarusda təlim-məşq toplanışında ikinci yoldaşlıq görüşünü keçirib.
Hafta.az xəbər verir ki, millimiz Minskdə Belarus millisinin müvafiq yaş qrupundan ibarət komandası ilə qarşılaşıb.
Oyun 1:1 hesablı heç-heçə ilə yekunlaşıb. Millimizin heyətində qolu 48-ci dəqiqədə Nihad Orucəli vurub.
Qeyd edək ki, bu komandalar arasında oktyabrın 10-da keçirilən ilk yoldaşlıq oyununda meydan sahibləri 6:1 hesablı qələbə qazanıblar.