Qadın futbolçulardan ibarət Azərbaycan millisi bu gün Avropa çempionatının pley-off mərhələsində növbəti oyuna çıxıb.
"Operativ Media" xəbər verir ki, Siyasət Əsgərovun rəhbərlik etdiyi kollektiv Bakıda Portuqaliya seçməsi ilə qarşılaşıb. “Liv Bona Dea Arena”da baş tutan matçda Portuqaliya millisi 4-1 hesabı ilə qalib gəlib.
Komandalar arasındakı cavab görüşü oktyabrın 29-da Portuqaliyada olacaq.
Avropa çempionatı
Pley-off mərhələsi, ilk oyun
25 oktyabr
16:00 Azərbaycan – Portuqaliya 4-1
“Liv Bona Dea Arena”