RU

İsrail-HƏMAS qarşıdurmasının Azərbaycana təsiri: İran mətbuatı sızdırdı

Qərb nəşrləri HƏMAS-İsrail qarşıdurmasını dünyada Qərbin-Avropa və ABŞ-ın mövqeyinin tədricən dəyişməsi, PaxAmerikanını çökməsi fonunda təhlil edir, bunun Azərbaycana mümkün təsirlərini qeyd edirlər. “The Atlantic” yazır ki, ABŞ artıq dünya polisi rolunu oynaya bilmir, Pax Americana erası başa çatır.

“Politiko.eu”ya görə, ilkin vaxtlar Avropa Qafqazda nə istədiyini bilirdi. Heç kim Azərbaycanın ərazi bütövlüyü və Qarabağ üzərində suverenliyinin bərpası haqda mübahisə etmirdi. Bundan sonra nəşr Avropa qurumlarından səslənən reallıqdan uzaq, anti-Azərbaycan narrativləri təkrarlayır: “Hamı Azərbaycanın 10 aylıq mühasirə, ardınca hərbi əməliyyatlar və anklavda yaşayan 120.000 erməninin etnik təmizləmə yolu ilə öz məqsədinə çatmasına qarşı çıxdı. Avropa Bakının hərbi yolla Naxçıvana dəhliz yaratmaq istəyinə qarşı çıxır, çünki bu, Ermənistanın suverenliyinin pozulmasıdır”.

Qeyd edilir ki, Avropa İttifaqı Şurasının prezidenti Şarl Mişel öz siyasi kapitalının bir hissəsini İrəvanla Bakı arasında vasitəçilik etməyə sərf edib, Aİ Ermənistana mülki müşahidə missiyası göndərib. Lakin Avropanın xarici siyasət alətləri Qərbin Qafqazda öz hədəflərinə çata bilməsi üçün çox zəifdir. Ukrayna ilə bağlı vəziyyətdən fərqli olaraq, Aİ-nin Qafqaza iqtisadi yardımı son dərəcə məhduddur, blok (Fransa istisna olmaqla) bu regiona demək olar ki, heç bir hərbi dəstək vermir, Azərbaycanın enerji sahəsində bəzi Aİ ölkələrinə kifayət qədər ciddi təsiri var. “Hələlik genişlənmədən danışılır. Amma Aİ bu bölgəyə girmir. Yəni Qafqazda Aİ-nin müəyyən məqsədləri var, lakin hazırda onlara nail olmaq üçün imkanları yoxdur”.

“Los Angeles Times” qeyd edir ki, dünyanın diqqəti Ukraynadan Qəzza zolağına yönəlsə də, dinc əhaliyə qarşı zorakılıq və qırğınlar təkcə Qəzzada deyil, dünyanın başqa yerlərində də baş verir. İddia edilir ki, “Dağlıq Qarabağ bölgəsində iki ildən artıq davam edən münaqişədə” Azərbaycanın qəti qələbəsindən sonra demək olar ki, bütün əhali qaçqın düşməyə məcbur olub.

Qərb müşahidəçilərinə görə, İsrail və HƏMAS arasındakı müharibə Çin və Rusiya üçün fürsətdir yaradır, Qərbi Moskva və Pekinlə gərginlikdən yayınıb qısa müddətdə Yaxın Şərqə diqqət yetirməyə məcbur edəcək. Moskva isə Qəzzadakı müharibədən Qərb diplomatiyasının uğursuzluğunun sübutu kimi istifadə etmək istəyir. “Oxşar “regionalizm” anlayışı indi Cənubi Qafqazda “3+3” adlanan formada həyata keçirilir - Ermənistan, Gürcüstan və Azərbaycan, üstəgəl Rusiya, Türkiyə və İran”-deyə təhlillərdə bildirilir.

“Foreignaffers" jurnalı isə qeyd edir ki, böyük güclər bir-biri ilə rəqabət aparmaq ehtiyacı duyaraq, çox vaxt orta və kiçik güclər, eləcə də qeyri-dövlət oyunçuları arasındakı qarşıdurmalara məhəl qoymurlar. Nəticədə, böyük dövlətlər bir-biri ilə müharibədən qaçsalar belə, onların hərəkətləri başqa yerdə müharibəyə səbəb ola bilər.

Ukraynadakı müharibə II Dünya Müharibəsindən sonra Avropada beynəlxalq oyunçuların diqqətini cəlb edən ən böyük müharibədir. Azərbaycan öz qüvvələrini Dağlıq Qarabağa yeridərsə, Rusiyanın cavab verə bilməyəcəyini proqnozlaşdırmışdı. Bakı risk etdi və nəticə xeyrinə oldu. “Bu fikri Qəzzadakı müharibə haqqında da demək lazımdır, böyük dövlətlər diplomatik və hərbi resurslarını Ukraynaya ayırdığı üçün HƏMAS-ın hücum etmək imkanı var idi”.

Fransanın “Atlantico” qəzeti isə Azərbaycanın Yaxın Şərqdəki yeni savaşla bağlı tutduğu mövqedən yazıb. Azərbaycan İslam ölkələrindən biri olduğundan - bu ölkədəki müsəlmanların sayı əhalinin təxminən 93 faizini təşkil edir - onun mövqeyinin ərəb və İslam xalqlarının mövqeyinə bənzəyəcəyi gözlənilirdi. “Amma Qəzzaya təcavüzə baxmayaraq, anti-İsrail ritorikası, iqtisadi və diplomatik münasibətlərin kəsilməsi çağırışları Azərbaycanda o qədər də rezonans doğurmur. İslam dünyası təbii və avtomatik olaraq Fələstin məsələsinə həssas görünsə, geosiyasi mülahizələr İsraillə yaxşı münasibətlər saxlayan bəzi ölkələr üçün bərabərliyi çətinləşdirəcək”. Qəzet qeyd edib ki, Azərbaycan “İranla yaxınlığına görə belə ölkələrdəndir”.

Избранный
600
47
publika.az

10Источники