Türkiyə Prezidenti Rəcəb Tayyib Ərdoğan Suriyaya səfər edə bilər.
Bizim.Media xəbər verir ki, bu barədə Türkiyənin Suriyadakı müvəqqəti işlər vəkili Burhan Köroğlu TVNET-ə açıqlamasında deyib.
Köroğlu “xarici işlər nazirimiz Hakan Fidandan sonra prezidentimiz Ərdoğan da Dəməşqə gəlməyi düşünür” deyə bildirib.
O, yeni dönəmdə Türkiyə-Suriya münasibətlərinin Osmanlı zamanındakı kimi olacağını da əlavə edib.
Bizim.Media
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта