RU

Bakı sakinləri AZAL-ın qəzaya uğrayan təyyarəsinin kapitanı İqor Kşnyakinin xatirəsini yad edir

Qazaxıstanın Aktau şəhərində baş verən təyyarə qəzasında xeyli sayda insanı xilas edərək, qəhrəmanlıqla həyatını itirən pilotlardan biri, İqor Kşnyakini tanıyanlar yaşadığı binanın qarşısına toplaşaraq xatirəsinə ehtiramlarını ifadə edir, divara vurulmuş fotoşəkilinin önünə gül dəstələri düzürlər.

251 nömrəli məktəbin şagird kollektivi də İ. Kşnyanikin fotosu önünə gül dəstələri qoyub, əziz xatirəsini anıblar.

Uzun müddət onunla qonşuluqda yaşayan Mehman Şöyübov qəhrəman pilotu belə xatırlayır:

"İqor çox gözəl qonşu idi. Sonuncu dəfə yanımızdan keçəndə salamlaşdıq. Hər zaman yaxşı insan olub, elə də xatirimdə qalacaq. Onun haqqında danışmaq çox çətindir. Ailədə də çox hörmətli idi, mehriban idi. Xəbəri eşidəndə heç kim inanmadı, çünki o həm də gözəl pilot idi. Televizordan eşitdik ki, belə bir faciəvi hadisə olub. Biz indi də elə bilirik ki, qayıdacaq. İşini sevən, ondan zövq alan insan idi. Uzun müddət idi işləyirdi, həmişə də işinə həvəslə yanaşırdı".

Asim Kazımov isə deyir ki, İqoru pilot geyimində görəndə hər zaman fərəh hissi keçirib:

"Mən 7 ildir burada yaşayıram. Həmişə də onu özümə yaxın insan bilmişəm. Tez-tez rastlaşıb söhbətləşirdik. Çox sağlam və gümrah insan idi. Onu pilot geyimində görəndə deyirdim, qəhrəman doğulmusan. O elə insan kimi də qəhrəman idi. Baxmayaraq ki, rus idi, amma hamı ilə Azərbaycan dilində danışırdı. Mən onu qəzadan bir gün əvvəl görmüşdüm. Səhəri gün onu itirəcəyimizi ağlıma da gətirmədim. Çox məsuliyyətli insan idi. Hər dəfə də getdiyi ölkələr barədə danışırdı".

Qəhrəmanlar dünyadan qəlblərə köçür. Xeyli sayda insanın həyatını öz ömrü bahasına xilas edən İqor və yüzlərlə digər qəhrəmanlarımız kimi.

Ruhları şad olsun!

Избранный
94
2
apa.az

10Источники