![](https://cdn.yeniavaz.com/uploadedfiles/custom/2022/2/15/1/b34ae660-0a7e-409b-99cb-d0a3254a2940/vladimir-putin-olaf-sults.jpg)
Almaniya kansleri Olaf Şolts yenidən Rusiya Prezidenti Vladimir Putinlə telefon danışığı aparmaq istəyir.
Yeniavaz.com xəbər verir ki, bu barədə Şolts “t-online” xəbər portalına müsahibəsində Rusiya lideri ilə yenidən telefonla danışıb-danışmayacağı sualını cavablandırarkən deyib.
“Mən istərdim. Sadəcə sadəlövh və ya illüziyalarla yaşamaq olmaz”, - Şolts deyib.
Ukraynadakı münaqişədən danışan Almaniya kansleri qeyd edib ki, o, bu müharibəyə alman hərbçilərini göndərmək niyyətində deyil.