RU

Suriyanın yeni hökuməti ABŞ-la danışıqlara BAŞLAYACAQ?

Suriyanın Keçid Hökumətində xarici işlər naziri Əsəd Şeybani ölkəsinin beynəlxalq tərəflərlə dialoq qurmağa açıq və hazır olduğunu bildirib.

Bizim.Media Qətər İnformasiya Agentliyinə istinadla xəbər verir ki, Şeybani dünən verdiyi bəyanatında ölkəsinin ABŞ ilə münasibətləri inkişaf etdirməyə hazır olduğunu, lakin bunun ABŞ tərəfindən asılı olduğunu söyləyib.

O, əlavə edib ki, Vaşinqtonla münasibətlər Suriya xalqının maraqları əsasında qurulacaq. Keçid Hökumətinin xarici işlər naziri ABŞ ilə münasibətlərin "həlledici" olacağını vurğulayıb. Şeybani Suriya üzərindəki sanksiyaların qaldırılmasının vacibliyini bildirib.

Qeyd edək ki, bu gün Şeybani ilk xarici səfərini Səudiyyə Ərəbistanına edib. Səfər Səudiyyə Ərəbistanının xarici işlər nazirinin dəvəti əsasında baş tutub.

Bizim.Media

Избранный
92
6
bizim.media

9Источники