RU

Şolts Moskvaya getmək fikrində deyil

Şolts

Almaniya kansleri Olaf Şolts fevralın 23-də keçiriləcək Bundestaq seçkilərindən əvvəl Moskvaya gedərək Rusiya prezidenti Vladimir Putinlə görüşəcəyi iddiasını təkzib edib.

Reyting.az
-ın məlumatına görə, O. Şolts Sosial Demokrat Partiyasının (SPD) Berlindəki tədbirində bildirib ki, Moskvaya gedəcəyi ilə bağlı deyilənlər yalandır və heç bir əsası yoxdur.

Qeyd edək ki, Xristian Demokrat Partiyasının (CDU) parlament üzvü Roderix Kiesevetter sosial media platformasındakı paylaşımında kanslerin Moskvaya səfər etmək niyyətində olduğunu yazıb, daha sonra isə yazdığını pozub.

Şolts hökumətinin sözçüsü Steffen Hebestrat CDU deputatının iddiası ilə bağlı hüquqi addım ata biləcəklərini açıqlayıb. Sözçü də deputatın açıqlamasının böhtan olduğunu bildirib.

ELÇİN
Избранный
64
19
reyting.az

10Источники