RU

Məşhur sənətçinin övladları razılığa gələ bilmədilər

Bu yaxınlarda dünyasını dəyişən türkiyəli məşhur sənətçi Ankaralı Turqutun övladları arasında məzar daşına yazılacaq mətnlə bağlı fikir ayrılığı yaranıb. 

“Cebheinfo.az” xəbər verir ki, sənətçinin sağ ikən əlaqəsi olan yeganə övladı Eyləm Boran atasının məzarı üzərinə “Canım atam” sözlərini yazıb. 

Lakin Ankaralı Turqutun digər qızı bu vəziyyətə etiraz edərək “Canım atam” mətnini “Canım atamız” olaraq dəyişib.

Qeyd edək ki, bir müddət xərçəng xəstəliyindən müalicə olunan və bu yaxınlarda dünyasını dəyişən Ankaralı Turqut sağ ikən digər övladları Heydər, Özləm, Hasrət və Ərsoy üçün haqqında “27 ildir mənim pulumla dolanırlar, heç özləri pul qazanıblarmı? Atasının pulu ilə kürəkəni bəsləyirlər. Heydər, Özləm, Hasrət hamısı eynidi.

Ersoy onsuz da nankordur! Bunlar bir dəstə olub. Heç halal pul qazanıblarmı, halal pul yeyiblərmi? Mənə topanan yardım pullarını məni təhdid edib almaq istəyirlər. Bunlar, yalançı, böhtançıdırlar, hər kəs bilsin!” demişdi. 

Избранный
33
cebheinfo.az

1Источники