RU

Alman mətbuatının Suriyaya hökumətinə qarşı çirkin təxribatı

BİLD-in iddialarına baxmayaraq, Suriyanın rəsmi xəbər agentliyi Sana-nın Almaniyanın xarici işlər naziri Annalena Berbokun senzurasız fotolarını dərc etdiyi ortaya çıxıb.

Belə görünür ki, Fransa və Almaniya xarici işlər nazirlərinin Dəməşqə səfərinin məqsədi Suriyanın yeni hökumətinin Avropa ictimaiyyəti qarşısında nüfuzunu gözdən salmaq olub. Avropalı nazirlərin Dəməşqə səfəri zamanı gülləkeçirməz jiletlər geyinmələri, əl-Culaninin əlini düzgün sıxmamaları, Berbokun görüş zamanı bilərəkdən geyim qaydalarına əməl etməməsi bunun dolayı sübutudur. Müsəlman ölkəsi olan Suriyada yeni hökumətin nümayəndələri ilə görüşə ağ dar şalvarda gəlmək ya siyası, tərbiyəvi və mədəni naşılıq, ya da yeni höküməti barbar kimi qələmə vermək cəhdidir. 

Избранный
64
anspress.com

1Источники