İndoneziya BRİKS-ə tamhüquqlu üzv kimi qoşulub. Yeniavaz.com xəbər verir ki, bu barədə yanvarın 1-dən assosiasiyaya sədrlik edən Braziliya Xarici İşlər Nazirliyinin bəyanatında deyilir. “Braziliya hökuməti bu gün, yanvarın 6-da İndoneziya Respublikasının BRİKS-ə tamhüquqlu üzv kimi rəsmi daxil olduğunu elan edir”, - departamentin mətbuat xidmətindən bildirilib. Bəyanatda həmçinin qeyd olunur ki, İndoneziyanın namizədliyi 2023-cü ilin avqustunda Cənubi Afrikanın Yohannesburq şəhərində keçirilən sammitdə icma ölkələrinin liderləri tərəfindən bəyənilib: