RU

Avropanın təbii qaz ehtiyatları tükənir

Avropanın təbii qaz fyuçersləri ötən həftə nümayiş etdirdiyi 3.8% artımdan sonra hər meqavat/saat üçün 48 avroya düşüb.

Teleqraf.com xəbər verir ki, artan tələbata baxmayaraq, tədarük çatışmazlığı gözlənilmir.

Soyuq hava Avropanın qaz ehtiyatlarını son 7 ildə ən aşağı həddə endirib. Bir il əvvəlki 86% göstəriciylə müqayisədə hazırda anbnarların doluluq səviyyəsi 70%-dir.

Artan istilik ehtiyacları ilə bağlı istehlakın artımı qiymətlərə qısamüddətli təzyiq göstərə bilər.Ehtiyatlar pik nöqtəsindən 25 faiz bəndi azalıb ki, bu da 2018-ci ildən bəri ən kəskin azalmadır.

Avropanın Rusiya qazını qlobal mayeləşdirilmiş təbii qazla əvəzləmək cəhdləri qiymətlərdə volatilliyi artırır.

Niderlandın TTF habında fevral fyuçersinin qiymətimeqavatt-saat üçün 47,19 avro təşkil edir.

Qeyd edək ki, yanvarın 2-də Avropada qaz qiyməti 2023-cü ilin oktyabrından bəri maksimum həddə çatıb. Tədarükün dayandırılması xüsusilə Moldovaya zərbə olub. Dnestryanıda bütün müəssisələr fəaliyyətini dayandırıb.


Müəllif: Teleqraf.com
Избранный
36
teleqraf.com

1Источники