RU

Ötən il Energetika Nazirliyinin “Çağrı Mərkəzi” 6410 zəng qəbul edib

Bakı. Trend:

2024-cü il ərzində Energetika Nazirliyinin “Çağrı Mərkəzi” və“Qaynar xətt”i vasitəsilə 6410 zəng qəbul edilib.

Nazirlikdən Trend-ə verilən məlumata görə, daxil olan zənglərin5425-i elektrik və istilik enerjisi, təbii qaz təchizatı, 449-utəşəkkür xarakterli, 536-sı isə digər məsələlərlə bağlı olub.

Hesabat dövründə daxil olan bütün zənglər operativ şəkildəcavablandırılıb, araşdırma tələb edən müraciətlər aidiyyəti üzrənazirliyin müvafiq struktur bölmələrinə və ya tabeli qurumlarayönləndirilib, müraciət edən şəxslər araşdırmaların nəticələribarədə məlumatlandırılıb.

Qeyd edək ki, vətəndaşların müraciətlərinə baxılması işininsəmərəli təşkili məqsədilə Energetika Nazirliyinin “974” “ÇağrıMərkəzi” və (012) 598-16-55 “Qaynar Xətt”i fəaliyyət göstərir.Vətəndaşlar “Çağrı Mərkəzi”nə Bakı şəhəri üzrə “974”, bölgələrdənvə ölkəmizdə mövcud olan bütün mobil operatorlardan "012 974"nömrəsini yığmaqla zəng edə bilərlər.

Məqalədə:
Избранный
42
7
az.trend.az

7Источники