RU

Paltaryuyan maşına girmiş körpəni FHN işçiləri zorla çıxardı

Özbəkistanda xilasedicilər paltaryuyan maşında ilişib qalmış uşağı xilas ediblər. Bu barədə ölkənin Fövqəladə Hallar Nazirliyi məlumat yayıb.

Hadisə Cizzəx şəhərinin İttifak mikrorayonunda baş verib. Balaca bir uşaq təsadüfən texnikanın içinə girib.

Fövqəladə Hallar Nazirliyinin əməkdaşları dərhal hadisə yerinə gəliblər. Qeyd edilib ki, uşağı xilas etmək üçün onlara xüsusi avadanlıq lazım olub: "Nəticədə ailənin ən kiçik üzvü xilas edilərək valideynlərinə təhvil verilib. Hadisə zamanı onların harada olduğu bildirilmir. Hazırda uşağın vəziyyəti yaxşıdır".

Bundan əvvəl Başqırdıstanda əli ətçəkən maşına ilişən bir yaş yarımlıq qız xəstəxanaya yerləşdirilmişdi. Uşaq mətbəxdə anasına kömək etmək istəyib, lakin bir anda barmaqlarını cihazdan çıxara bilməyib.

Tural

Избранный
35
13
news365.az

10Источники