RU

Kurskdakı toqquşmalarda 15 min rus əsgər həlak olub

Yazını böyüt
Yazını kiçilt

Ukrayna prezidenti Vladimir Zelenski Kursk bölgəsində 5 aydır davam edən qarşıdurmada Rusiya qüvvələrinin ağır itkilər verdiyini, o cümlədən 15 min əsgərin öldüyünü bildirib.

Hafta.az-ın yazdığına görə, axşam saatlarında verdiyi videoaçıqlamada Zelenski “Kursk əməliyyatı zamanı düşmən 38 min əsgərini itirdi... Avqust ayında Ukrayna ordusunun hücumu ilə başlayan Kursk əməliyyatı bufer zonanın yaradılmasına gətirib çıxardı. Rusiya qüvvələrinin Ukraynanın şərqindəki cəbhə xəttində mühüm ərazilərdə yerləşməsinə mane oldu” deyib.

AFP-nin məlumatına görə, Ukrayna Quru Qoşunlarının komandanı Mixaylo Drabati Donetsk vilayətindəki media qurumlarına verdiyi açıqlamalarda “Kursk vilayətində ruslar böyük itkilər verib” deyib.

Rusiya Müdafiə Nazirliyi isə elan edib ki, Ukrayna qüvvələrinin Kursk bölgəsinə sızmaq cəhdlərinin qarşısı alınıb. Nazirlik bildirib ki, Ukraynanın əsas qüvvələri Berdin kəndi yaxınlığında məhv edilib, canlı qüvvə və tank itkiləri verilib.

Избранный
40
31
hafta.az

10Источники