RU

Metroda gedişhaqqı artırılır? - Açıqlama

“Bakı Metropoliteni” QSC gedişhaqqı tariflərinin qaldırılması ilə bağlı sosial şəbəkələrdə yayılmış məlumatlara aydınlıq gətirib.

QSC-dən “Qafqazinfo”ya verilən məlumatda bildirilib ki, qurumun gedişhaqqı tariflərini tənzimləmə səlahiyyəti yoxdur.

“Həmçinin metro nəqliyyatında gedişhaqqı tarifinin tənzimlənməsinə yenidən baxılması ilə əlaqədar aidiyyəti səlahiyyətli qurumlar qarşısında məsələ qaldırmayıb”, - rəsmi məlumatda vurğulanıb.

Qeyd edək ki, hazırda metroda gedişhaqqı 50 qəpik təşkil edir. İddialarda gedişhaqqının 55 qəpiyə qaldırılacağı bildirilirdi.

Избранный
45
4
qafqazinfo.az

7Источники