Futbol üzrə İngiltərə Premyer Liqasının 20-ci turunun “Vulverhempton”la səfər oyunu “Nottingem Forest” üçün əlamətdar olub.
Arena.az məlumat verir ki, “meşəçilər” səfərdə “canavarlar” üzərində 3:0 hesablı qələbə qazanıblar.
Bu, portuqal mütəxəssis Nuno Espirito Santonun çalışdırdığı komandanın İngiltərə Premyer Liqasının cari mövsümündə ardıcıl 6-cı qələbəsidir. Müvafiq nəticə cari mövsümün mütləq rekordudur.
Cari mövsümdə keçirdiyi 20 oyunda 40 xal toplamış “Nottingem Forest” İngiltərə Premyer Liqasının yarış cədvəlinin 3-cü pilləsində qərarlaşıb. “Vulverhempton” isə 16 xalla 17-ci pillədədir.
İngiltərə Premyer Liqasına 19 oyundan 46 xalla “Liverpul” başçılıq edir.