RU

Azər Türk Bank və "Visa" beynəlxalq təşkilatı arasında əməkdaşlıq Memorandumu imzalanıb

Dövlət bankı Azər Türk Bank  və "Visa" Beynəlxalq Ödəniş Sistemi arasında rəqəmsal maliyyə infrastrukturunun daha da inkişaf etdirilməsi sahəsində qarşılıqlı əməkdaşlıq istiqamətlərinin müəyyənləşdirilməsi məqsədilə Memorandum imzalanıb.

Memoranduma əsasən tərəflər mobil ödənişlər, rəqəmsal pul kisələri, tokenləşdirmə və müasir autentifikasiya texnologiyaları daxil olmaqla, onlayn əməliyyatları dəstəkləmək üçün güclü rəqəmsal ödəniş infrastrukturunun inkişafına öz töhfələrini verəcəklər.

Həmçinin təşkilatlar elektron ticarətə dəstək məqsədilə ölkədə istehlakçılar üçün onlayn alış-veriş təcrübəsini təkmilləşdirərək e-ticarət platformaları üçün qüsursuz, təhlükəsiz ödəniş həllərinin tətbiqini davam etdirəcəklər.

Eləcə də sənəddə KOB nümayəndələrinin həm oflayn, həm də onlayn ticarətdə iştiraklarını qurmağa və genişləndirməyə kömək etmək üçün yeni həllərin hazırlanması və onlara müxtəlif ödəniş üsullarından istifadənin təşviqini həyata keçirmək və cari vəziyyətin qiymətləndirilməsi üzrə təhlillərin aparılması istiqamətində tədbirlərin həyata keçirilməsi nəzərdə tutulub. Azər Türk Bank tərəfindən istifadəyə verilən və Visa Cloud texnologiyasına əsaslanan Mobil POS həlli bu istiqamətdə atılan real addımlardan biridir.

Ən sərfəli kredit üçün müraciət et

Избранный
21
7
banco.az

8Источники