RU

Bayden bunu qadağan edəcək

Bayden ABŞ-nin federal sularında nef və qaz tədqiqatlarını qadağan edəcək. 

“Cebheinfo.az” “Yeni Safak”-a istinadən xəbər verir ki, ABŞ Prezidenti Co Bayden ABŞ okeanın 625 milyon hektar boyunca yeni neft və qaz yataqlarının icarəyə verilməsini qadağan edəcək. 

Bayden bazar ertəsi elan edib ki, o, ABŞ-nin əksər sahil zolağında yeni dəniz neft və qaz qazmalarına qadağa qoymağa hazırlaşır. 

"Mən Şərq və Qərb sahillərini, şərqi Meksika körfəzini və Alyaskanın Şimali Berinq dənizini neft və təbii qaz qazmalarından və bunun səbəb olacağı ziyanlardan qorumaq üçün tədbirlər görəcəm",- deyə Bayden bildirib. 

Bayden vurğulayıb ki, son dörd il ərzində o, Amerikanın 670 milyon hektardan çox ərazisini və sularını qoruyub: 

"Bu sahillərdə qazma işləri ekologiyaya ciddi ziyan vura bilər və ölkəmizin enerji ehtiyaclarını ödənməsi baxımından lazımsızdır. 

Risklərə getməyə dəyməz". 

ABŞ-nin prezidenti olmağa hazırlaşan Donald Tramp yanvarın 20-də vəzifəsinə başladıqdan sonra bu qadağanı ləğv edəcəyinə söz verib. 

"Bu gülüncdür. Mən onu dərhal ləğv edəcəyəm. Qadağanı aradan qaldıracağam. Dərhal qadağanı ləğv etmək hüququm var". 

Избранный
42
cebheinfo.az

1Источники