RU

"İnsanların musiqi zövqü çox korlanıb" - MÜĞƏNNİ DANIŞDI

"Azərbaycan gözəl musiqi təhsili və bazası olan bir ölkədir. Amma indi insanların musiqi zövqü çox korlanıb. Bunun səbəbi də təbliğatdan irəli gəlir". Bu sözləri SİA-ya açıqlamasında müğənni Samet Miri deyib.

Onun sözlərinə görə, bugün "TikTok"u, televiziyanı açan zaman ancaq bayağı musiqilər insanı qarşılayır: "Sadəcə bu cümləni qura bilərəm ki, Azərbaycan 40 il musiqidə geriyə getsə, 50 il qabağa getmiş olar. Çünki Azərbaycanın çox köhnə klassik mahnıları, dəyərli musiqi aləmi, musiqi şedevrləri, əfsanələri göz qabağındadır. Amma indi insanların musiqi zövqü də korlanıb və bundan istifadə edənlər də bəzi ara müğənnilərdir. Bunun səbəbi təbliğatdan irəli gəlir. Televiziyaların, "TikTok"un, reklamların, sponsorların, prodüserlərin də kimlərə üstünlük verdiyi də göz qabağındadır".

Samet Miri sözlərinə belə davam edib: "Ara musiqilər və bayağı müğənnilər nəyə görə xaricdə sevilir? Mən 12 il Türkiyədə yaşamışam. Biz ara müğənnilərini, ara mahnılarını, bayağı mahnıları sevirik. Amma bu bir müddətlikdir. Sadəcə onun musiqi janrına görə, oradakı mənanın, oradakı musiqinin çoxyönlü olmasını orada təbliğ etmir, ona görə deyil. Sadəcə bunu göstərir ki, insanlar oradakı musiqini ritmik olub onu bəyənirlər.

Amma göz önündə olan odur ki, Azərbaycanda insanların bayağı musiqiyə qarşı ara müğənnilərə qarşı yönləndirilməsi var, təbliğat gedir. Qazaxıstan ya da Özbəkistanı araşdırsanız görərsiniz ki, 2-3 il içində fonoqram oxumaq bütün restoran və televiziyalardan yığışdırıldı. Əgər bu Azərbaycanda olsaydı, indi gündəmdə olan 90 faiz müğənni işsiz qalardı".

Ayşən Vəli

Избранный
72
sia.az

1Источники