Bu sözləri Demokrat.az-a açıqlamasında Azad İstehlakçılar Birliyinin sədri, ekspert Eyyub Hüseynov deyib.
"Hazırda həmin insanlar yoxdur. Ancaq broyler yumurtasını bulaşdırıb kənd yumurtası adı altında baha qiymətə satanlar var. İnsanlar kənd yumurtasına üstünlük verir. Qiymət də yetəri qədər qalxıb. Yumurtaların bulaşıq olması kənd yumurtası olduğuna sübut deyil. Ayırd etmək üçün qırıb baxmaq lazımdır. İçərisi tünd sarı rəngdirsə, kənd yumurtası demək olar. Qanunvericiliyə görə, bütün məhsulların mənşəyinə dair sənədlər olmalıdır. Azərbaycanda satılan malların 80%-nin sənədi yoxdur. İstehlakçılara aldanmamaq üçün başqa vasitə yoxdur. Ancaq yumurtanın içinə baxmaq lazımdır".
Əfsanə Kamal
Demokrat.az