RU

Nazirin bacanağının şirkəti ilə dövlət qurumu arasında sığorta qalmaqalı

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Departamentinin 3 saylı Xüsusi Təyinatlı Mənzil-Kommunal Təsərrüfatı Birliyi məhkəməyə verilib

Xəzərnews.az Qaynarinfo-ya istinadən xəbər verir ki, iddiaçı "Azsığorta" şirkətidir.

Şirkətin iddiasına Bakı Kommersiya Məhkəməsində baxılacaq. Günay Namazova iş üzrə hakim təyin edilib. İşin mahiyyəti sığorta müqaviləsi üzrə mübahisələrdən ibarətdir.

Bakı Şəhər Mənzil-Kommunal Təsərrüfatı Birliyi Bakı Şəhər İcra Hakimiyyətinin tabeliyində fəaliyyət göstərir.

"Azsığorta” ASC 2006-cı ildə dövlət qeydiyyatına alınıb. ASC-nin nizamnamə kapitalı 20 300 000 AZN, qanuni təmsilçisi Soltanov Yusif Rəhim oğludur.

ASC-nin səhmlərinin 100 faizi İsmayılov Hikmət Abuzər oğluna məxsusdur. Hikmət İsmayılov fövqəladə hallar naziri Kəmaləddin Heydərovun bacanağıdır. O, eyni zamanda "AFB Bank”ın səhmlərinin 99 faizinə sahibidir.

Xəbər 4 dəfə oxunub.
Избранный
38
2
xezernews.az

3Источники