Sərgən Yalçının növbəti dəfə ''Beşiktaş''ın təklifini geri çevirməsi klubun yeni rəhbərliyini çətin duruma salıb.
''Football-plus.az'' xəbər verir ki, hər kəs yeni prezident Sərdar Adalının dərhal Sərgənlə anlaşacağını düşünürdü. Amma təcrübəli mütəxəssis qardaşının sağlamlığı ilə bağlı problemi olduğunu və hazırda futbola konsentrasiya ola bilmədiyini əsas gətirərək Adalının təklifini geri çevirdi. Ona görə də Covanni van Bronkhorstun ayrılmasından bu yana müvəqqəti məşqçi funksiyasını icra edən Sərdar Topraktəpənin mövsümün sonuna qədər bu vəzifədə qalmaq ehtimalı artıb. Çünki bu cür çətin dönəmdə hər məşqçi ''Beşiktaş''ın təklifini qəbul etməyəcək.
Bu arada klubun gündəmində olan digər namizədlərin adları bəlli olub. Bu, Niko Kovaç, Markus Gisdol, Razvan Luçesku, Edin Terziç və Slaven Biliçdi. Luçesku ilə Terziçin üstündən dərhal xətt çəkmək olar. Mirça Luçeskunun oğlu olan Razvan uğurla çalışdırdığı PAOK-dan çətin, ayrılsın. Terziç isə hələ dekabrın əvvəllərində Adalıdan təklif alarkən Türkiyəyə gəlməyə həvəsli olmadığına və ''Tottenhem''dən təklif gözlədiyinə işarə vurmuşdu. Almaniyalı Gisdol Türkiyə futboluna gözəl bələddi.
O, ötən mövsüm ''Samsunspor''da oynatdığı futbolla alqış qazanmış və komandanı elitada saxlamağı bacarmışdı. Amma iki əsas namizəd Kovaç ilə Biliç hesab olunur. Maraqlıdı ki, rəhbərlik Kovaçın, fanatlar isə Biliçin tərəfdarıdı. Əsasən Almaniyada çalışan Kovaçdan fərqli olaraq Biliç ''Beşiktaş''ı gözəl tanıyır. O, 2013-15-ci illərdə iki mövsüm bu komandanı çalışdırıb. ''Ağ-qaralar'' onun dönəmində hər iki mövsümü 3-cü pillədə tamamlamış və 89 rəsmi oyundan 47 qələbə, 21 heç-heçə, 21 məğlubiyyətlə ayrılmışdı. Komanda Biliç ilə titul qazana bilməsə də, öz oyunu ilə xoş təsir bağışlamışdı.
ƏLİ
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта