RU

“Şahed”lərin Kiyevə gecə hücumu

Ötən gecə Kiyevdə hava hücumundan müdafiə qüvvələri Rusiyanın “Şahed” tipli kamikadze pilotsuz təyyarələrinin hücumunu dəf edib. Kiyev şəhər hərbi administrasiyasının rəhbəri Timur Tkaçenko özünün Telegram kanalında hava hücumundan müdafiə sisteminin işi barədə məlumat verib.

O, ukraynalıları təhlükəsiz yerlərdə qalmağa çağırıb.

Ukrayna Silahlı Qüvvələrinin Hərbi Hava Qüvvələri Komandanlığının son məlumatlarına görə, Rusiyanın pilotsuz uçuş aparatları Sumı vilayətində, Çerniqov vilayətinin şərqində, şimalında və cənubunda, Kiyev vilayətində, Jitomir vilayətində, şimalda, Poltava vilayətinin cənub və şərqində, Xarkov vilayətində, eləcə də Xerson bölgəsində müşahidə olunub.

//Samir Qurbanov, Editor.az

Избранный
48
editor.az

1Источники