RU

Ələt-Astara magistralının Yenikənd-Biləsuvar hissəsinin yenidən qurulması yekunlaşır (FOTO)

Bakı. Trend:

Mövcud M3 Ələt-Astara-İran İslam Respublikası ilə dövlət sərhədimagistral avtomobil yolunun Yenikənd-Biləsuvar (32-ci kilometrdən103-cü kilometrədək) hissəsinin əsaslı şəkildə yenidən qurulmasıyekunlaşmaq üzrədir.

Trend xəbər verir ki, bununla bağlı AzərbaycanAvtomobil Yolları Dövlət Agentliyi (AAYDA) məlumat yayıb.

Məlumata əsasən, 2-ci texniki dərəcəyə uyğun olaraq yenidənqurulan yolun uzunluğu 71 km təşkil edir.

"Avtomobil yolu 2 hərəkət zolaqlı olmaqla torpaq yatağının eni15 metr, hərəkət hissə isə 7.5 metrdir.

Artıq layihə çərçivəsində torpaq işləri, yol yatağı və yoləsasının inşası, yeni asfalt-beton örtüyünün döşənməsi yerinəyetirilib. Hazırda ərazinin profilə salınması, yol avadanlıqlarınınvə yol nişanlarının quraşdırılması işləri son mərhələdə olmaqlaaparılır.

Yenidənqurma zamanı marşrut üzrə bütün süni qurğular vəsuötürücü boruların tikintisi də icra olunub. Belə ki, yolboyusuların yolun altından ötürülməsini təmin etmək məqsədilə müxtəlifdiametlərə malik dairəvi və düzbucaqlı suötürücü borular inşaedilib. Layihə üzrə ümumi uzunluqları 338.6 metr təşkil edən 7körpünün inşası da yekunlaşıb.

Tikinti işləri “İnşaat Norma və Qaydaları”nın tələblərinəəsasən, tərtib olunmuş qrafiklə və yüksək keyfiyyətlə aparılır.

Yenidənqurma işlərinin qısa zamanda yekunlaşdırılması üçüntikinti ərazisinə lazımi sayda canlı qüvvə və texnika cəlbedilib.

Aparılan yenidənqurma işləri vətəndaşların hərəkətinintəhlükəsizliyinə zəmin yaratmaqla yanaşı, yolboyu rahatgediş-gəlişi təmin edəcək, yük və sərnişin daşımasınıasanlaşdıracaq", - məlumatda qeyd olunub.

Ələt-Astara
Ələt-Astara
Ələt-Astara
Ələt-Astara
Məqalədə:
Избранный
18
15
az.trend.az

10Источники