Ötən il Çinin “BYD Company Limited” şirkəti ilə Azərbaycanda elektrik avtobus istehsalının başlaması ilə bağlı əməkdaşlığın təməli atılıb.
Elektrobusların istehsalı üçün nəzərdə tutulan zavodun bu il fəaliyyətə başlayacağı gözlənilir.
Azərbaycan Prezidenti İlham Əliyev yanvarın 7-də yerli televiziya kanallarına müsahibəsində bu mövzuya diqqət çəkərək, Azərbaycanda yerli elektrobusların istehsalı üzrə işlərin sürətlə davam etdiyini və bu il elektrobus istehsalının başlayacağını diqqətə çatdırıb.
Bəs, Azərbaycanda elektrobus istehsalının başlaması hansı müsbət nəticələrə gətirib çıxara bilər?
Mövzu ilə bağlı fikirlərini “Operativ Media” ilə bölüşən Milli Məclisin İqtisadi siyasət, sənaye və sahibkarlıq komitəsinin üzvü Vüqar Bayramov bildirib ki, yerli elektrobusların istehsalı idxalın əvəzlənməsi və məşğulluq baxımından vacibdir:
“Azərbaycanda elektrik avtobusların istehsalına başlanması idxalın əvəzlənməsinə və yerli istehsalın təşkilinə imkan verəcək ki, bu da yerli istehsalın genişləndirilməsinə təkan verəcək. Eyni zamanda, yerli istehsal elektrobuslar müasir çağırışlara uyğun elektro avtomobil istehsalının istehsalının da təşkili mənasına gəlir”.
Ekspert Azərbaycan Respublikası Vergi Məcəlləsində bu mövzu ilə bağlı həyata keçirilən dəyişikliyi də diqqətə çatdırıb:
“Yada salmaq lazımdır ki, Azərbaycan Respublikası Vergi Məcəlləsində artıq bu mövzu ilə bağlı dəyişikliklər öz əksini tapıb. Vergi Məcəlləsi həm istehsalda güzəştlərin tətbiq edilməsi, həm də idxalda vergi güzəştinin tətbiq edilməsini nəzərdə tutur. Bu o deməkdir ki, biz indiki mərhələdə Azərbaycanda elektrik avtobusların, daha sonra isə elektrik avtomobillərin istehsalının təşviqini müşahidə edə bilərik.
Bu, eyni zamanda, avtomobil parklarının yenilənməsi, ictimai nəqliyyatda keyfiyyətin artırılması baxımından çox vacibdir. Belə bir addım Azərbaycan nəqliyyatında yeniliklərin yaradılmasına xidmət edəcək. Ümumilikdə, Azərbaycanda elektobusların istehsalına başlanması nəqliyyat sektoru üçün yeni və ciddi bir layihə olmaqla yanaşı, həm də məşğulluğun təminatına pozitiv təsir göstərəcək”.
Qeyd etmək lazımdır ki, elektrobus istehsalı üçün nəzərdə tutulan zavod Sumqayıt Kimya Sənaye Parkının ərazisində tikiləcək, layihənin icrası 800 yeni iş yerinin yaradılmasına imkan verəcək.
Xatırladaq ki, Rəqəmsal İnkişaf və nəqliyyat naziri Rəşad Nəbiyev “COP-29” çərçivəsində "Turizm sektorunda Təkmilləşdirilmiş İqlim Fəaliyyəti üzrə Nazirlərin Birinci Görüşü"ndə indiyədək Azərbaycana 160 elektro avtobus idxal edildiyini, 2030-cu ilə qədər isə bütün avtobusların elektobuslara keçidinin planlaşdırıldığını bildirib.
- Ночной Режим
- Домашняя страница
- Статистика
- Источники
- Рейтинг
- Погода
- Валюта