RU

Azərbaycan millisinin üzvü Ukraynada klubunu dəyişə bilər

Azərbaycan millisinin "Polesye"də (Ukrayna) oynayan üzvü Emil Mustafayev klubunu dəyişə bilər.

"Operativ Media" xəbər verir ki, bu barədə Ukrayna mediası məlumat yayıb.

23 yaşlı futbolçu hazırkı komandası ilə toplanışa yollanmayıb. Yarımmüdafiəçi ilə "Çernomorets" maraqlanır. Odessa təmsilçisi onu mövsümün sonuna kimi icarəyə götürməyi nəzərdən keçirir. Amma bu, kluba tətbiq edilən transfer qadağası aradan qaldırıldıqdan sonra mümkün ola bilər.

Eyni zamanda, Mustafayevə Azərbaycandan da təklif gəlib.

Qeyd edək ki, yarımmüdafiəçi bu mövsüm "Polesye"nin heyətində 12 matça çıxıb, 1 məhsuldar ötürmə edib. O, daha əvvəl Ukraynanın "Oleksandriya" klubunun formasını geyinib. Mustafayev ötən ilin martından çıxış etdiyi Azərbaycan millisində 5 görüşdə meydana çıxıb.

Избранный
45
operativmedia.az

1Источники