RU

Düz 40 gündən sonra Zelenski öldürüləcək: Daha 6 ay gözləməliyik ki...

Donald Tramp yeni açıqlama verib. Seçki yarışı zamanı o, Ukrayna münaqişəsini bir günün içində həll edəcəyini vəd etmişdi. İndi isə Tramp fikirlərini korrektə edib. O, Ukraynada sülhün bərqərar olması üçün altı ay lazım olduğunu bildirib.

Publika.az xəbər verir ki, ekstrasens Qalina Yanko da Ukrayna müharibəsinin 6 aydan sonra bitəcəyini iddia edib. Özü də Trampın açıqlamasından 3 gün əvvəl.

O, “MK” müxbirləri ilə söhbətində "müharibə təxminən altı ay davam edəcək" deyib.

“Bundan sonra Rusiya üçün qızıl dövr gələcək. Həyat kitabında belə yazılıb və mən döyüşlərin çox tezliklə bitəcəyini proqnozlaşdırıram. İncə aləmlərdə yer üzünə çoxlu əzablar gətirən döyüşlər sona çatır. Altı ay gözləməliyik və yenə qızıl günbəzlər parlayacaq, insanların üzündə təbəssüm yaranacaq, ailələrdə sevgi, sevinc, sükut və Allahın lütf şamları yandırılacaq”, - Yanko bildirib.

Ekstrasens deyir ki, Zelenskinin taleyi artıq əvvəlcədən müəyyənləşib. Onun sözlərinə görə, qırx gündən sonra Ukrayna liderinin həyatında ciddi dəyişikliklər olacaq.

Избранный
20
3
publika.az

4Источники