RU

İran italiyalı qadın jurnalisti azad edib

Bakı. Trend:

İran italiyalı jurnalisti Sesiliya Salanı sərbəst buraxıb və o,hazırda vətənə qayıdır.

Trend xəbər verirki, bunu İtaliyanın baş nazir Corca Meloninin mətbuat xidmətibildirib.

İranda daimi jurnalist vizası ilə fəaliyyət gösətərən italiyalı29 yaşlı Sala dekabrın 19-da saxlanılmışdı və bu vaxta qədər İranpaytaxtının “Evin” həbsxanasında birnəfərlik kameradasaxlanılırdı.

Salanın saxlanılması iranlı biznesmen Məhəmməd Abidinin ABŞ-ninhəbs orderi əsasında Milan aeroportunda tutulmasından sonrayatəsadüf edirdi. ABŞ tərəfinin ittihamına görə, adıçəkilən biznesmen2024-cü ildə İordaniyada üç amerikalı hərbçinin ölümü ilənəticələnmiş hücumda istifadə olunan dron hissələrinin tədarükündəşübhəli bilinir.

Məqalədə:
Избранный
40
az.trend.az

1Источники