RU

Bakı Təhsil İdarəsinin müdir müavini vəzifədən AZAD EDİLDİ

Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) müdir müavini Hüseyn Əsgərov vəzifəsindən azad edilib.

AzEdu.az Modern.az-a istinadən xəbər verir ki, o, vəzifədə olmanın son yaş həddi ilə əlaqədar təqaüdə göndərilib.

Məlumatı saytımıza açıqlamasında Hüseyn Əsgərovun özü təsdiqləyib.

Əsgərov Hüseyn Abbas oğlunun pensiya yaşına çatması və ərizəsi nəzərə alınaraq dövlət qulluğuna xitam verilib.

O bildirib ki, bundan sonra fəaliyyətini Bakı Dövlət Universitetində davam etdirəcək.

Hüseyn Abbas oğlu Əsgərov 1958-ci ildə Naxçıvanda anadan olub.

O, 2006-cı ildən Bakı Şəhəri üzrə Təhsil İdarəsində müdir müavini vəzifəsində çalışırdı.

Xatırladaq ki, Bakı Şəhəri üzrə Təhsil İdarəsinin (BŞTİ) digər müdir müavini Anar Məmmədov ötən ay vəzifəsindən azad olunub.

1409007

 
Избранный
29
22
azedu.az

10Источники