RU

Premyer Liqada çıxış edən türk futbolçu mövsümü erkən başa vurdu

İngiltərənin "Bornmut" klubunun heyətində ciddi itki baş verib.

Apasport.az "Relevo" nəşrinə istinadla xəbər verir ki, Premyer Liqa təmsilçisinin hücumçusu Enes Ünal sıradan çıxıb. 

Türk futbolçu komandanın məşqi zamanı dizindən ağır zədə alıb. Ön çarpaz bağları qopan 27 yaşlı forvard mövsümün qalan hissəsində meydana çıxa bilməyəcək.

Qeyd edək ki, "Bornmut" Enes Ünalı mövsümün əvvəlində "Xetafe"dən 16,5 milyon avroya transfer edib. Türkiyə millisinin üzvü davam edən mövsümdə Premyer Liqada meydana çıxdığı 17 rəsmi matçda 2 qol və 1 məhsuldar ötürmə ilə yadda qalıb.

İnsinye İtaliyaya qayıdır

"Qalatasaray" Mikautadzeyə alternativ tapıb

"Atletiko" fransalı futbolçusuna əvəzləyici tapıb

"Milan"ın vingeri "Aston Villa"ya keçə bilər

Deşam millidən ayrılacaq

Избранный
49
apasport.az

1Источники