RU

Bakıda ana və uşaqlarını maşın vurdu - Vəziyyətləri AÇIQLANDI

Bakı. Trend:

Abşeron rayonu, Digah qəsəbəsi, Hüseyn Rəhimov küçəsində başverən yol-nəqliyyat hadisəsi zamanı ana və iki övladını avtomobilvurub.

Bunu Trend-insorğusuna cavab olaraq Baş Dövlət Yol Polisi İdarəsinin (BDYPİ)rəsmisi polis polkovnik-leytenantı Mübariz Ağayev deyib.

O bildirib ki, hadisə bu gün saat 11:30-da qeydə alınıb.

"Abşeron rayon sakini Dərgah Dərgahov idarə etdiyi "Toyota"markalı, 10-SY-242 dövlət qeydiyyat nişanlı avtomobillə yolunəzərdə tutulmayan yerdən keçən Ramilə Məmmədova və onun ikiazyaşlı övladını vurub.

Xəsarət alan hər üç şəxs xəstəxanaya çatdırılıb.

BDYPİ bir daha sürücülərlə yanaşı piyadalara da yol-hərəkətiqaydalarına qeyd-şərtsiz əməl etməyə, özlərinin və başqalarınınhəyat və sağlamlığını təhlükəyə atmamağa çağırır", - deyə o qeydedib.

Faktla bağlı araşdırma aparılır.

Kliniki Tibbi Mərkəzin mətbuat katibi Ruzbeh Məmməd Trend-in sorğusuna cavabolaraq bildirib ki, 8 yanvar 2025-ci il tarixdə 2 nəfər azyaşlı(kişi cinsli) yol nəqliyyat hadisəsi nəticəsində kəllə-beyintravması ilə Kliniki Tibbi Mərkəzə hospitalizasiya edilib.

"Travmatik beyin qansızma diaqnozu ilə Reanimasiya şöbəsinəyerləşdirilib. Hər ikisinin vəziyyəti ağır qiymətləndirilir",- deyəo əlavə edib.

Избранный
49
6
az.trend.az

8Источники