Çindən gələn aviaşirkətlər Rusiya hava məkanından istifadə icazəsi sayəsində Avropa bazarlarında fəal şəkildə iştiraklarını genişləndirirlər.
Bu barədə Financial Times yazır.
Nəşrin məlumatına görə, 2024-cü ilin ilk doqquz ayı ərzində dövlətə məxsus Air China, China Eastern və China Southern aviaşirkətləri 2019-cu illə müqayisədə Avropaya uçuşların sayını orta hesabla üçdə bir artırıb.
Politico daha əvvəl yazmışdı ki , Rusiya hava məkanını bağladığına görə Avropa aviaşirkətləri Çin daşıyıcıları ilə rəqabət apara bilməz.
2022-ci ilin fevral ayında Rosaviatsiya, Aİ-yə üzv ölkələrin Rusiya təyyarələrinin uçuşlarına qadağasına cavab olaraq, 36 ölkənin hava yolları üçün səmanı bağladı . Sonradan bu qadağa daha bir neçə ölkəyə münasibətdə tətbiq olundu.
DOĞRU.AZ