RU

"Melissa Group" işçi axtarır - MAAŞ 1500 MANAT - VAKANSİYA

Melissa Group

SƏTƏM üzrə mütəxəssis

Son tarix 08 fev 2025 - [email protected]

İş qrafiki: 6 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: 1500 AZN NETT (başlanğıc)
İstirahət günü: Həftədə bir gün
Tabe olduğu şəxs: SƏTƏM Şöbəsinin Rəhbəri

Əsas vəzifələr və öhdəliklər:

  • İş yerlərində əməyin mühafizəsi üzrə qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
  • Şirkət işçilərinin və podratçıların şirkətin SƏTƏM siyasətindən və qaydalarından xəbərdar edilməsini təmin etmək üçün daxili təlimlər keçirmək;
  • SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqləri aparmaq və uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq göstərişlər vermək;
  • Yeni işçilərə giriş təlimatları keçmək, təlimatların qeydiyyatına və düzgün aparılmasına nəzarət etmək;
  • Təhlükə potensiallı obyektlər (kranlar, liftlər və s.) üzrə normativ sənədlərin işə uyğunluğunu yoxlamaq;
  • İşə İcazə Sisteminin tərtibatı və nəzarətini həyata keçirmək;
  • Qulluqçuların və mühəndis-texniki işçilərin təhlükəsizlik biliklərinin yoxlanılması üzrə sənədləşməni aparmaq;
  • Podratçı və subpodratçılarla bağlı təhlükəsizlik sənədlərinin uyğunluğunu yoxlamaq;
  • Yanğın təhlükəsizliyi üzrə daxili təlimlərin keçirilməsini təmin etmək və avadanlıqların yoxlanılmasını aparmaq;
  • İstehsalat zədələnmələrinin qarşısını almaq üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
  • İşçilərə təqdim olunan fərdi mühafizə vasitələrinin standartlara uyğunluğunu yoxlamaq;
  • Təhlükəli avadanlıqların istifadəsini nəzarətdə saxlamaq və istismarını dayandırmaq;
  • Təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıqların lisenziya və sertifikatlaşdırma prosesini təşkil etmək.

Namizədə dair tələblər:

  • Yaş: 25-40
  • Cins: Kişi
  • Təhsil: Natamam ali
  • Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili arzuolunandır. 
  • Kompüter bilikləri: MS Ofis proqramları
  • Əlavə bacarıqlar: Analitik düşüncə, operativ qərarvermə, punktuallıq
  • Təcrübə: Minimum 1 il
  • Açıq sahə-çöl şəraitində işləmək bacarığı
  • Yüksək ünsiyyət qabiliyyəti, komanda işində çeviklik
  • Vaxtın idarə edilməsi və konfliktlərin peşəkar həlli
  • Liderlik bacarıqları, detallı və analitik düşüncə

Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏM” qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur. 
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.

Избранный
26
fed.az

1Источники