Melissa Group
SƏTƏM üzrə mütəxəssis
Son tarix 08 fev 2025 - [email protected]
İş qrafiki: 6 günlük iş qrafikinə əsasən tənzimlənir
Əməkhaqqı: 1500 AZN NETT (başlanğıc)
İstirahət günü: Həftədə bir gün
Tabe olduğu şəxs: SƏTƏM Şöbəsinin Rəhbəri
Əsas vəzifələr və öhdəliklər:
- İş yerlərində əməyin mühafizəsi üzrə qanunvericiliyin və normativ hüquqi aktların tələblərinə əməl edilməsinə nəzarət etmək;
- Şirkət işçilərinin və podratçıların şirkətin SƏTƏM siyasətindən və qaydalarından xəbərdar edilməsini təmin etmək üçün daxili təlimlər keçirmək;
- SƏTƏM qaydalarına riayət edilməsinə nəzarət etmək üçün sahə monitorinqləri aparmaq və uyğunsuzluqların aradan qaldırılması üçün müvafiq göstərişlər vermək;
- Yeni işçilərə giriş təlimatları keçmək, təlimatların qeydiyyatına və düzgün aparılmasına nəzarət etmək;
- Təhlükə potensiallı obyektlər (kranlar, liftlər və s.) üzrə normativ sənədlərin işə uyğunluğunu yoxlamaq;
- İşə İcazə Sisteminin tərtibatı və nəzarətini həyata keçirmək;
- Qulluqçuların və mühəndis-texniki işçilərin təhlükəsizlik biliklərinin yoxlanılması üzrə sənədləşməni aparmaq;
- Podratçı və subpodratçılarla bağlı təhlükəsizlik sənədlərinin uyğunluğunu yoxlamaq;
- Yanğın təhlükəsizliyi üzrə daxili təlimlərin keçirilməsini təmin etmək və avadanlıqların yoxlanılmasını aparmaq;
- İstehsalat zədələnmələrinin qarşısını almaq üçün tədbirlərin hazırlanmasında iştirak etmək;
- İşçilərə təqdim olunan fərdi mühafizə vasitələrinin standartlara uyğunluğunu yoxlamaq;
- Təhlükəli avadanlıqların istifadəsini nəzarətdə saxlamaq və istismarını dayandırmaq;
- Təhlükə potensiallı obyektlərdə istifadə olunan avadanlıqların lisenziya və sertifikatlaşdırma prosesini təşkil etmək.
Namizədə dair tələblər:
- Yaş: 25-40
- Cins: Kişi
- Təhsil: Natamam ali
- Dil bilikləri: Azərbaycan dili (səlis), İngilis dili arzuolunandır.
- Kompüter bilikləri: MS Ofis proqramları
- Əlavə bacarıqlar: Analitik düşüncə, operativ qərarvermə, punktuallıq
- Təcrübə: Minimum 1 il
- Açıq sahə-çöl şəraitində işləmək bacarığı
- Yüksək ünsiyyət qabiliyyəti, komanda işində çeviklik
- Vaxtın idarə edilməsi və konfliktlərin peşəkar həlli
- Liderlik bacarıqları, detallı və analitik düşüncə
Müraciət qaydası:
Uyğun namizədlərdən CV-lərini mövzu yerinə “SƏTƏM” qeyd edərək elektron poçt ünvanına göndərmələri xahiş olunur.
Qeyd: Yalnız uyğun namizədlərlə əlaqə saxlanılacaqdır.