İsrail hərbçiləri işğal altındakı İordan çayının qərb sahilində gecə boyu həyata keçirdiyi bir sıra reydlər zamanı bir uşaq və iki qadın da daxil olmaqla, ən azı 45 fələstinlini həbs edib.
"Operativ Media" xəbər verir ki, bu barədə Məhbusların və Keçmiş Məhbusların İşləri Komissiyasının və Fələstin Məhbuslar Cəmiyyəti (PPS) məlumat yayıb.
Məlumata görə, həbslər Hebron (Əl-Xəlil), Nablus, Tubas, Tulkarim, Ramallah və Əl-Qüds də daxil olmaqla, bir neçə əyaləti əhatə edib. Həbslər vandalizm, şifahi təhdidlər və məhbuslara və onların ailələrinə qarşı fiziki zorakılıqla xarakterizə edilən ev basqınları ilə müşayiət olunub.
Bundan başqa, əl-Bireh şəhərində də çoxsaylı məhəllələrə basqın edilib.