Türkiyə Kuboku çərçivəsində C qrupunda oyunlara start verilib.
Yenisabah.az xəbər verir ki, ilk qarşılaşmada "Eyupspor" "Boluspor"a minimal hesabla qalib gəlib - 1:0.
Qrupun mərkəzi matçında isə turnirin ən çox qalibi olmuş (18 dəfə) "Qalatasaray" "Başakşehir"i qəbul edib.
Oyun heç-heçə başa çatıb - 2:2. Matçın son dəqiqələrində "Qalatasaray" 11 metrlik cərimə zərbəsindən yararlana bilməyib.
Qeyd edək ki, C qrupunda "Konyaspor" və "Çorum" kollektivləri də yer alır.
Telegram kanalımız