RU

Cənubi Koreya və ABŞ Nüvə Əməkdaşlıq Sazişi imzaladı

Cənubi Koreya və ABŞ nüvə ixracını və əməkdaşlığı gücləndirmək üçün anlaşma memorandumu imzalayıb.
 
AZXEBER.COM xarici mətbuata istinasən xəbər verir ki, saziş nüvə enerjisi istehsalı və texnologiyaları sahəsində əməkdaşlığı nəzərdə tutur. 

Cənubi Koreyanın sənaye naziri Ahn Duk-geun və ABŞ-ın energetika naziri Cennifer Qranholm hər iki ölkənin Xarici İşlər Nazirliyinin rəsmilərinin də iştirak etdiyi imzalanma mərasimində iştirak ediblər.

Mərasim çərçivəsində iki ölkə arasında nüvə enerjisi sahəsində əməkdaşlığı və nüvə enerjisi istehsalında istifadə olunan material və avadanlıqların və müvafiq texnologiyaların satışını nəzərdə tutan anlaşma memorandumu imzalanıb.

Tərəflərin verdiyi birgə bəyanatda nüvə enerjisindən dinc məqsədlərlə istifadə edilməsində qarşılıqlı qətiyyətin vurğulanacağı və razılaşmanın ölkələr arasında nüvə texnologiyası ixracını gücləndirəcəyi bildirilib.
 
Gülay
Избранный
17
1
azxeber.com

2Источники