RU

Rusiya təyyarə faciəsi ilə bağlı YENİ BƏYANAT verdi

Rusiya təyyarə faciəsi ilə bağlı YENİ BƏYANAT verdi

Rusiya “Azərbaycan Hava Yolları” QSC-nin (AZAL) təyyarəsinin Qazaxıstanda qəzaya uğramasının səbəblərinin araşdırılmasında köməklik göstərir.

Editor.az xəbər verir ki, bunu prezidentin mətbuat katibi Dmitri Peskov deyib. Onun sözlərinə görə, Rusiya Federasiyası təbii fəlakətin obyektiv və qərəzsiz araşdırılmasında maraqlıdır. Peskov deyib ki, “istintaq orqanlarına bütün lazımi göstərişlər” verilib. O, əmin edib ki, Rusiya tərəfi “bu qəzanın səbəblərinin araşdırılmasında yardım və əməkdaşlıq edir”.

“Biz Azərbaycanın özündə müvafiq komissiyanın işinin nəticəsini, istintaq hərəkətlərini gözləyirik və mütəxəssislərimiz orada tam əməkdaşlıq edirlər. Biz bu fəlakətin səbəblərini müəyyən etmək üçün tamamilə obyektiv, qərəzsiz araşdırmada maraqlıyıq”, – Kreml sözçüsü mətbuata zəng zamanı bildirib.

Qeyd edək ki, dekabrın 25-də AZAL-ın Bakıdan Qroznıya uçan təyyarəsi Qazaxıstanın Aktau şəhəri yaxınlığında qəzaya uğrayıb. Təyyarədə olan 67 nəfərdən 38-i həlak olub. Azərbaycan prezidenti İlham Əliyev təyyarənin “yerdən atılan mərmilər nəticəsində” qəzaya uğradığını deyib və Rusiya rəsmilərini günahlandırıb. Vladimir Putin insidentin Rusiya hava məkanında baş verdiyinə görə İ. Əliyevdən üzr istəyib.

//Samir Qurbanov, Editor.az

Избранный
823
editor.az

1Источники