RU

Azərbaycanın ilk rəsmi kriptovalyutası istifadəyə verilib, alışı və satışı başlayıb

"Mobile Payment Solutions" MMC şirkəti (Portmanat brendi) Azərbaycanın ilk rəsmi kriptovalyutası “PortCoin”i yaratdığını açıqlayıb.

Marja.az Şirkətin məlumatına istinadən xəbər verir ki, “PortCoin” kriptovalyutası “Portmanat” onlayn ödəniş sistemi üzərindən alışı və satışı Portmant istifadəçilərinin sərəncamına verilib.

PortCoin (PTC) rəqəmsal aktivlər və blokçeyn texnologiyalarını istifadə edərək müasir maliyyə sistemlərini inkişaf etdirmək məqsədilə yaradılımışdır və bununla əlaqədar 15 yanvar 2025-ci ildə Azərbaycan İnnovasiya Mərkəzində Baku Blockchain Meetup 2025 və Portcoin Kriptovalyutanın Təqdimatı keçiriləcəkdir.

"Mobile Payment Solutions" MMC Mərkəzi Bank tərəfindən 8 iyul 2024-cü il tarixində verilmiş EPT-005 saylı lisenziya əsasında xidmətlər göstərir. 

PortCoin, Azərbaycan Mərkəzi Bankının “Xüsusi tənzimləmə rejimi” çərçivəsində təsdiqlənmiş blokçeyn əsaslı kripto-aktivdir. Platforma istifadəçilərə kriptovalyuta alışı, satışı, idarəsi və xarici kripto pulqabılardakı vəsaitləri rahatlıqla Azərbaycan manatına (AZN) çevrilməsi xidmətlərini təklif edir. 

Xüsusiyyətlər:

1. Blokçeyn texnologiyası: Binance Smart Chain (BSC) üzərində BEP-20 standartı. 

2. Sadə əməliyyatlar:

 - Portmanat hesabı ilə kriptovalyutaları al, sat və AZN-ə çevir.

 - Digər PTC hesabları arasında köçürmələr. 

PortCoin kriptovalyuta Portmanat Mobile Payment Solutions
Избранный
16
marja.az

1Источники