Ermənistanın Baş naziri Nikol Paşinyan regionda sülhün bərqərar olması ilə bağlı təkliflərini açıqlayıb.
“AzPolitika” xəbər verir ki, “Facebook” səhifəsində paylaşım edən Baş nazir, ilk dəfə rəsmi İrəvanın da ATƏT-in Minsk qrupunun buraxılmasına razı olduğunu bildirib.
Ancaq Bakının bu təlləbi ilə bağlı Paşinyan deyib ki, sülh müqaviləsinin imzalanmasından sonra bu addımı atmağa hazırdı. Halbuki Prezident İlham Əliyev bu addımın sülh müaviləsindən öncə atılmasının vacibliyini vurğulayıb. Ermənistan rəhbərlərinin sözünə heç bir etimad olmadığını və Paşinyanın öhdəliklərini sonradan “unutduğunu” nəzərə alsaq, bu tələbinin nə qədər doğru olduğunu xüsusi izah etməyə ehtiyac qalmaz.
Paşinyan həmçinin dövlət sərhədlərinin Qərb hissəsində həyata keçirilən demarkasiyası təcrübəsinə və iki ölkənin sərhəd demarkasiyası komissiyalarının birgə işinin reqlamentinə əsaslanaraq prosesi davam etdirməyə və sülh sazişi imzalamağa hazır olduğunu iddia edib. Onun sözlərinə görə, sülh müqaviləsi 90 faiz hazırdır.
Ancaq Paşinyan yenə də Zəngəzur dəhlizi ilə bağlı öhdəliyini unudaraq Bakıya qeyri-real “Sülh yollarının kəsişməsi” layihəsini həyata keçirilməyi təklif edib. Bu da Ermənistanın Baş nazirinin real addımlar atmaq əvəzinə, utopik təkliflərlə vaxt udmağa çalışdığını göstərir.