RU

Kremldən AZAL-ın təyyarəsinin vurulması ilə bağlı son dəqiqə açıqlaması

“Rusiya Qazaxıstanda (AZAL-a məxsus – red.) təyyarənin qəzaya uğramasının səbəblərinin obyektiv şəkildə araşdırılmasında maraqlıdır”.

Globalinfo.az xəbər verir ki, bunu Kremlin mətbuat katibi Dmitri Peskov jurnalistlərə açıqlamasında deyib.
O, Rusiyanın qəzanı araşdıran müvafiq komissiyanın işinin nəticələrini gözlədiyini bildirib:
“Moskva qəzanın səbəblərinin araşdırılmasında maraqlıdır. Biz Qazaxıstanda məsələnin üzərində işləyən müvafiq komissiyanın araşdırmasının nəticəsini gözləyirik. Mütəxəssislərimiz də onlarla əməkdaşlıq edir. Yerli istintaq orqanlarına lazımi göstərişlər verilib, əməkdaşlıq edilir, dəstək göstərilir.
Rusiya Prezidenti Vladimir Putin də Aktauda təyyarənin qəzaya uğramasına görə üzr istəyib. O, Azərbaycan Prezidenti İlham Əliyevlə bu mövzuda iki dəfə telefonla danışıb”.
Избранный
23
yenilik.az

1Источники