RU

Basketbol: “Neftçi” “Abşeron”a qalib gəldi

Bu gün Azərbaycan Basketbol Liqasında (ABL) 2024/2025-ci illər mövsümünün 10-cu turunun növbəti qarşılaşması keçirilib.

Arena.az xəbər verir ki, turun ikinci oyun günündə bir görüş baş tutub.

Günün yeganə qarşılaşması Abşeron Olimpiya İdman Kompleksində keçirilib. Turnir cədvəlindəki qonşuların duelində “Abşeron”la “Neftçi” üz-üzə gəliblər. Oyun qonaq komandanın qələbəsi ilə başa çatıb. “Ağ-qaralar” böyük fasilədən sonra üstünlüyü ələ keçiriblər və bunu sonadək qoruyublar. Bu qələbədən sonra tərəflərin turnir cədvəlindəki mövqeyi dəyişib.

10-cu turun növbəti oyunları (“Sərhədçi” – NTD, “Lənkəran” – “Şəki”, “Ordu” – “Quba”, “Gəncə” – “Sumqayıt”) 11-12 yanvar tarixlərində keçiriləcək.

Azərbaycan Basketbol Liqası
A qrupu, 10-cu tur
9 yanvar

“Abşeron” – “Neftçi” – 76:84 (16:17, 24:23, 18:25, 18:19)
Abşeron Olimpiya İdman Kompleksi.

Xallar: Sabah – 18. Naxçıvan – 16. Sərhədçi – 13. Neftçi – 13. Abşeron – 13. NTD – 10.

Qeyd edək ki, cari mövsümün reqlamentə əsasən, çempionatın oyunları dörd dövrəli 20 turdan ibarət sistem üzrə keçiriləcək. Müntəzəm mövsümdə A qrupunu ilk 3 sırada tamamlamış klublarla B qrupunu lider bitirmiş komanda pley-offun 1/4 final mərhələsinə vəsiqə qazanacaqlar. A və B qruplarında digər yerləri tutmuş komandalar isə pley-offun 1/8 final mərhələsində üz-üzə gələcəklər. 1/8 finalda ən tez iki qələbə qazanmış klublar 1/4 finala vəsiqə qazanacaqlar. Həm 1/4 final, həm də yarımfinal seriyaları 2 qələbəyə qədər davam edəcək. Final seriyasında isə ən tez 4 qələbə qazanmış komanda Azərbaycan Basketbol Liqasının çempionu olacaq.

Klubların pley-off mərhələsində göstərdikləri uğurlu və ya uğursuz nəticələrə əsasən, növbəti mövsümdən hansı klubların A qrupunda, hansı klubların isə B qrupunda iştirak edəcəyi müəyyənləşəcək.

Избранный
6
9
arena.az

10Источники