RU

Yerli bankların valyuta hərraclarında iştirakı ilə bağlı tələblər yumşaldılıb

Bakı. Trend:

Azərbaycan Mərkəzi Bankının (AMB) İdarə Heyəti 15 noyabr 2022-ciil tarixli 49/2 nömrəli qərarı ilə təsdiq edilmiş “Mərkəzi Bank iləbanklar arasında xarici valyutanın alqı-satqısı Qaydası”ndadəyişikliklər edib.

Trend-inməlumatına görə, bununla bağlı tənzimləyici qurumun sədri TalehKazımov yeni qərar imzalayıb.

Qərara əsasən, bundan sonra son saxlama dövründə məcburiehtiyatlar üzrə tələbi pozan banklar da valyuta hərraclarındaiştirak edə biləcək.

Buna qədər isə valyuta hərraclarına qatılmaq üçün sözügedəntələbin pozulmaması şərt idi.

Mərkəzi Bankın Hüquq və təşkilati işlər departamentinətapşırılıb ki, bu Qərarın 3 gün müddətində Hüquqi Aktların DövlətReyestrinə daxil edilməsi üçün Ədliyyə Nazirliyinə təqdimetsin.

Избранный
20
11
az.trend.az

2Источники