Avropa Aviasiya Təhlükəsizliyi Agentliyi (EASA) Avropa aviaşirkətlərinin Rusiya ərazisi üzərindən uçuşları üçün qaydaları sərtləşdirib.
Bu barədə qurumun mətbuat xidməti məlumat yayıb.
"Müəyyən təsirlərə məruz qalan(?) Rusiya hava məkanında 60-cı meridian şərq uzunluğunun qərbində bütün uçuş səviyyələrində olan uçuşlardan çəkinmək tövsiyə olunur”, - məlumatda deyilir.
Beləliklə, Rusiyanın demək olar ki, bütün Avropa hissəsi Avropa təyyarələri üçün əlçatmaz olacaq.
Bununla belə, daşıyıcıların aldıqları xüsusi təhlükəsizlik icazəsi 2025-ci il iyulun 31-dək qüvvədə olacaq. İnkişaf edən hazırki proseslərə və vəziyyətə əsasən əlavə qərarlar veriləcək.
Tural